“Saqqalı uşaq” hekayəsinin müzakirəsi

23.02.2024 – cü il tarixdə məktəbimizin VI b sinif şagirdlərinin iştirakı ilə “Mütaliə klubu”nun növbəti müzakirəsi təşkil olundu. Bu dəfə şagirdlərimiz görkəmli Azərbaycan dramaturqu, ədəbiyyatımızda tənqidi – realizmin banisi, publisist Cəlil  Məmmədquluzadənin “Saqqalı uşaq” hekayəsini müzakirə etdilər. Müzakirədən öncə fənn müəllimi Gülmira  Məmmədova çıxış edərək bildirdi ki, ədəbi əsərin müzakirəsi 22 fevralda anadan olmuş böyük yazıçının 155 – ci ildönümünə təsadüf edir. Ədibin çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verən fənn müəllimi qeyd etdi ki, C.Məmmədquluzadə həm də ədəbiyyatımızda kiçik hekayənin böyük ustadı kimi tanınır.  Sonra şagirdlər “Saqqalı uşaq” hekayəsini məzmun, ideya – bədii xüsusiyyətləri baxımından təhlil etdilər. Əsərin ən maraqlı epizodlarından bir hissəsi səhnələşdirilərək dinləyicilərə təqdim olundu.  Məktəblilərin ədəbiyyata marağının artırılması və mütaliəyə həvəs yaradılması istiqamətində əsərin müzakirəsi xüsusi əhəmiyyət daşıdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi