Kitab oxuyaq – inkişaf edək

14.02.2024–cü il tarixində məktəbimizdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar olaraq şagirdlərdə kitaba sevgi və marağın artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədilə məktəb kitabxanasında tədbir keçirildi. Məktəbin  uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İlhamə Məlikova çıxış edərək kitabın insanı zənginləşdirən, formalaşdıran vasitə olduğunu qeyd etdi. Tədbirdə iştirak edən valideyn və şagirdlər insan həyatında mənəvi kamilliyə gedən yolda kitabın əhəmiyyətini vurğuladı.  Sonda şagirdlər kitabxanaya kitab bağışladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi