Fənn müsabiqələri keçirildi

12.02.2024-cü il tarixində məktəbimizdə fənn müsabiqələrinin ilkin mərhələsi keçirildi. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkara çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin ayrı-ayrı fənlərə olan marağın artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərini əhatə etdi. Müsabiqədə şagirdlərə uyğun vaxt ərzində məktəb proqramına müvafiq tapşırıqlar, eyni zamanda məntiqi təfəkkürü, analiz qabiliyyətini tələb edən suallar təqdim olundu. İlkin mərhələdə yüksək nəticə göstərmiş şagirdlər növbəti tura vəsiqə qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi