Gənclər Gününə həsr olunmuş voleybol yarışı keçirildi

02.02.2024 – cü il tarixində məktəbimizdə 2 Fevral Gənclər Gününə həsr olunmuş voleybol yarışı keçirildi. Yarış məktəbimizin gənc müəllimləri və X sinif şagirdləri arasında təşkil edildi. Müəllim – şagird münasibətlərinin sivil şəkildə formalaşdırılması, məktəbdə sağlam – psixoloji mühitin yaradılması, idmana marağın artırılması məqsədilə baş tutan yarış maraqlı anlarla yadda qaldı. Rəqib komandalar böyük ruh yüksəkliyi və gərgin mübarizə nümayiş etdirərək izləyicilərə xoş dəqiqələr bəxş etdilər. Sonda qalib gələn komanda Diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi