Valideynlərlə növbəti görüş keçirildi
30.01.2024-cü il tarixində məktəb rəhbərliyinin valideyn komitə sədrləri ilə maarifləndirici görüş təşkil olundu. Tədbirdə şagirdlərin yaş dövrü nəzərə alınmaqla baş verə biləcək bir sıra problemlər və onların həlli yollarına toxunuldu. Qeyd edildi ki, müxtəlif yaş dövrlərində şagird və valideyn arasında sağlam ünsiyyət olarsa,yarana biləcək problemlərin, xoşagəlməz halların qarşısını əvvəlcədən almaq mümkün olar. İştirakçılar valideyn-övlad münasibətlərində, tərbiyədə buraxılan səhvlər, valideyn məsuliyətinin artırılması kimi aktual məsələlərə toxunuldu. Sonda məktəb-valideyn əlaqələrinin daha da möhkəmləndirmək məqsədilə “Valideyn klubu yaradıldı”.