Pedaqoji Şuranın növbəti iclası keçirildi

Fəaliyyət Planına uyğun olaraq məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası açıq elan edən məktəb rəhbərliyi pedaqoji kollektivi salamladı, gündəlikdə duran məsələlərlə onları tanış etdi. Sonra məktəbin I yarımil üzrə qiymətləndirmə nəticələri, özünüqiymətləndirmə sənədi əsasında görülən işlər və çərçivə sənədlərini təqdim etdi. II yarımildə qarşıda duran prioritetlər, həmçinin məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, müəllimlərin etik davranış qaydalarına riayət etməsi, valideyn məsuliyyətinin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı məsələlər müzakirə olundu. Sonda fəaliyyəti ilə fərqlənən gənc müəllimlər Fəxri Fərmanla təltif edildilər.