Böyük Summativ Qiymətləndirmələr keçirildi
Məktəbimizdə IV, IX, XI siniflər üzrə tədris olunan bütün fənlərdən, V-VIII və X siniflərdə isə Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən Böyük Summativ Qiymətləndirmələr keçirildi. Qiymətləndirmənin obyektiv və şəffaf keçirilməsi məqsədi ilə öncədən yaradılmış komissiya tərəfindən sual kitabçaları yoxlanılaraq rəhbərlik tərəfindən təsdiq olundu. Şagirdlər onlara müvafiq fənlər üzrə təqdim olunmuş sual və tapşırıqları cavablandıraraq I yarımil ərzində mənimsədikləri bilik və bacarıqları nümayiş etdirdilər.