Şagirdlərin peşə seçimi ilə bağlı növbəti göruş

Məktəbimizin IX sinif şagirdlərinin valideynləri ilə növbəti görüş keçirildi. Buraxılış siniflərində təhsil alan şagirdlərin peşə seçimi ilə bağlı düzgün istiqamətləndirilməsi, həmçinin onların meyil və maraqlarının nəzərə alınması, gələcəkdə məktəbdə təşkil olunacaq təmayül siniflərdə təhsil ala bilmək imkanlarının yaradılması məqsədilə keçirilən görüşdə bir çox vacib məsələlərə toxunuldu. Şagirdlərin buraxılış imtahanlarında yüksək nəticə göstərməsi, bilik və bacarıqlarının artırılması üçün məktəbin üzərinə düşən öhtəliklərlə yanaşı, valideyn dəstəyinin də əhəmiyyətinin böyük olduğu diqqətə çatdırıldı. Valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi