20 Yanvar faciəsi tariximizin şanlı səhifəsidir
1990 – cı ilin 20 Yanvar faciəsindən 34 il ötür. Bu münasibətlə 19.01.2024- cü il tarixdə məktəbimizdə anım tədbiri keçirildi. Tariximizdə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvoluna çevrilən qəhrəmanların xatirəsi akt zalında keçirilən gecədə bir daha yad olundu. Çıxışlarda qanlı şənbə günündə paytaxt Bakıda dinc əhaliyə qarşı törədilmiş cinayətlərdən, o cümlədən, hadisələrə hüquqi siyasi qiymətin verilməsindən, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ümummilli lider H.Ə.Əliyevin əvəzsiz xidmətlərindən bəhs edildi. Şanlı Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhunu şad etdiyi xüsusi vurğulandı. Tədbir boyu 20 Yanvar hadisələrini əks etdirən slaydlar, videoçarxlar nümayiş olundu. Şagirdlərin ifasında şəhidlik zirvəsini fəth edən vətən övladlarının unudulmaz xatirəsinə ithaf olunan bədii kompozisiya göstərildi. Milli birliyə, oyanışa, şəhid müqəddəsliyinə həsr olunan şeirlər, mahnılar, səhnəciklər 20 Yanvarın təkcə faciə deyil, həm də milli iftixar günü olduğunu bir daha təsdiq etdi.