Məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclası

15.01.2024 – cü il tarixində məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirildi. İclasda məktəbin Həmkarlar İttifaqı Komitəsi sədri çıxış edərək 2020 – 2024 – cü illər arasında görülmüş işlər barədə iclas iştirakçılarına hesabat verdi. Qeyd olundu ki, planlaşdırılmış iş planına uyğun olaraq məktəb kollektivi Həmkarlar İttifaqı Komitəsi tərəfindən daima diqqətdə saxlanılmış, hər il müxtəlif bayram və əlamətdar günlərdə yaxşı iş qabiliyyəti ilə seçilən, ictimai işlərdə aktivlik göstərən müəllimlərə fəxri fərman və mükafatlar verilmişdir. Məktəbin Qarabağ müharibəsi veteranlarına da xüsusi qayğı ilə yanaşılmışdır. İclasda digər üzvlərin də çıxışları dinlənildi. Daha sonra açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsi sədri seçildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi