Şagirdlər arasında anket sorğusu

09.01.2024-cü il tarixində məktəbin IX sinif şagirdləri arasında anket sorğu keçirildi. Sorğunun keçirilməsində məqsəd onların elmə, təhsilə olan münasibətini, məktəb haqqında olan düşüncələrini öyrənmək idi. Sorğuda şagirdlərə gələcəkdə seçəcəkləri peşələr haqqında fikirlərini söyləmək imkanı da yaradıldı. Təqdim olunmuş suallar böyük həvəslə cavablandırıldı.