Heydər Əliyev və Azərbaycan tarixi

2023-cü il xalqımızın tarixində “Heydər Əliyev ili” kimi iz qoydu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilmiş Bakı məktəblərinin elmi-praktik konfransında məktəbimizi XI sinif şagirdi Musayev Aydın Zamiq oğlu, XIX əsrin II yarısında Azərbaycan Neft sənayesi “ mövzusunda referat yazı işi ilə təmsil etdi. Dekabr ayının 22-də Bakı Şəhər İcra Hakimiyyətinin binasında təntənəli təqdimetmə mərasimi keçirildi. Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan “Heydər Əliyev və Azərbaycan tarixi” kitabı-Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilmiş Bakı məktəblərinin elmi-praktik konfransında dinlənilmiş məruzələr toplusu qalib şagirdlərə və onların müəllimlərinə təqdim olundu. Kitabın elmi redaktoru, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək şagirdlərin müstəqil araşdırmalarını əks etdirən esselər toplusunun hər zaman gənc nəslə xalqımızın tarixi keçmişini öyrənməyi tövsiyə edən Ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunduğunu bildirdi. Təqdimetmə mərasimində çıxış edən şagirdlər və müəllimlər Ümummilli lider Heydər Əliyev irsindən daim bəhrələnəcəklərini və bu irsə sadiq qalacaqlarını bildirdilər.