Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı

29.12.2023-cü il tarixində məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə geniş məlumat verdilər. Qeyd etdilər ki, öz uzaqgörənliyi ilə tarixin yaddaşında əbədi yer alan Ümummilli Lider Heydər Əliyev xalqımızın birliyinin, həmrəyliyinin əhəmiyyətini nəzərə alaraq Dünya Azərbaycanlılarının Həmrəylik Gününü elan etmişdir. Böyük maraqla izlənilən tədbirimizə Yeni ilin simvolu olan Şaxta baba və Qar qız xüsusi şirinlik qatdılar. Şagirdlərin ifasında səslənən şeir, mahnı və saz havaları tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə yaratdı. Tədbir şagirdlərin şən rəqsi ilə sona çatdı.