Təbiət fənləri aylığı

2023-2024-cü tədris ili üçün məktəbin Fəaliyyət Planına uyğun olaraq dekabr ayı " Təbiət fənləri aylığı" na həsr olundu. V, VI, VII siniflərdə müvafiq olaraq təbiət və fizika fənlərindən, VIII siniflərdə biologiya fənnindən monitorinqlər aparıldı, nəticələr məktəb Metodiki şurasının iclasında ətraflı təhlil olundu. Kimya, fizika, biologiya fənlərindən fənn müəllimləri nümunəvi dərslər təskil etdilər. Nümunəvi dərslər fənn metodbirləşmə üzvləri və digər fənn müəllimləri tərəfindən dinlənildi. Pedoqoji prosesin düzgün təşkili, təlim məqsədinin və nəticələrinin düzgün müəyyənləşdirilməsi, tədris prosesində interaktivliyin, İKT bacarıqlarının tətbiqi, həm şagird, həm müəllim fəaliyyətinin nəzərə çarpan məqamları dərsləri dinləyən müəllimlər tərəfindən xüsusi qiymətləndirildi. IXç sinfində biologiya fənnindən “ Orqanizmlərin çoxalma formaları ”, IXa sinfində fizika fənnindən “Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə təsiri, Lorens qüvvəsi ", VIIIa və VIIIç siniflərində kimya fənnindən, “Qeyri-üzvi birləşmələrin sinifləri arasında genetik əlaqə” mövzularında açıq dərslər təşkil olundu. Dərs zamanı şagirdlər tərəfindən aparılan təcrübə və müşahidələr, əyani vasitələr, təqdimatlar, maraqlı şəkillər hamıda xoş təəssürat yaratdı.