12 Dekabr Ümummilli Liderin Anım Günüdür

    08.12.2023-cü il tarixdə məktəbimizdə 12 Dekabr Ümummilli Liderin Anım Günü ilə əlaqəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli liderin həyatı və çoxşaxəli fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildi. Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,  qeyri – adi zəka sahibi, müdrik dövlət xadimi olduğu vurğulandı. Şagirdlər ümummilli liderə ithaf olunan şeirlər səsləndirdilər. Tədbirdə Heydər Əliyevin həyat yolunun və ölkəmizə rəhbərlik etdiyi illərin tariximizdə intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğunu əks etdirən videoçarxlar və sənədli film nümayiş etdirildi. Tədbir ulu öndərin “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!”   fikirlərinin səsləndirilməsi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi