Dünyanın siyasət nəhəngi H.Ə.Əliyev

07.12.2023-cü il tarixdə məktəbin kitabxanasında Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı,  kitabxana müdiri, kitabxanaçı və  Uşaq birliyi  rəhbərinin təşkilatçılığı ilə ümumilli lider, dahi siyasətçi Heydər Əliyevin vəfatının 20-ci il dönümü qeyd olundu. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə H.Ə.Əliyevin müdrikliyi, böyük siyasi xadim olması barəsində geniş fikirlər səsləndi, həyata keçirdiyi yorulmaz fəaliyyətindən danışıldı. Kitabxana müdiri G.Mirzəyeva öz çıxışında bildirdi ki, uzaqgörən siyasi lider H.Əliyevin idarəçiliyi sayəsində yaratdığı məktəb xalqımızın milli sərvəti olmaqla yanaşı, dünya siyasətçiləri üçün də örnək oldu. Şagirdlərin ifasında səslənən şeirlər milli liderin pak ruhunun xalqımız üçün hər zaman ümid çırağı olacağına əbədi inam yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi