Zooparka ekskursiya

01.12.2023-cü il tarixdə məktəbimizin biologiya müəllimi Rövşanə Həsənəliyeva VIIa sinif şagirdləri ilə birlikdə Bakı Zooparkına ekskursiya təşkil etdi. Ekskursiyanın məqsədi heyvanlar aləminin müxtəlif nümayəndələri ilə şagirdləri əyani tanış etmək idi. Şagirdlər zooparkda quşlar, məməlilər, sürünənlər, balıqlar sinfinin bir çox növlərini canlı olaraq gordülər. Bu, şagirdlərdə fauna aləminə qarşı böyük maraq hissi yaratdı. Şagirdlərin həvəslə izlədikləri isə yırtıcılar dəstəsinin nümayəndələri oldu. Ekskursiya gəzintisindən şagirdlər gözəl təəssüratlarla qayıtdılar.