Laçınım azaddır

01.12.2023-cü il tarixində UBR və məktəb kitabxanaçısının təşkilatçılığı ilə  VIa sinfində Laçın şəhərinin işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirildi. İlk öncə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha sonra şagirdlər 44 günlük şanlı zəfər yoluna nəzər salaraq öz qanları və canları ilə vətən üçün döyüşən igidlərimizin qəhrəmanlığından danışdılar. Qeyd olundu ki, bu gun vətən səmalarında üçrəngli bayrağımızın azad dalğalanması bu oğulların sayəsində mümkün olmuşdur. Ali Baş Komandanın güclü siyasəti və əsgərlərimizin rəşadəti ilə erməni vandallarından azad olunmuş Laçın rayonunun tarixi, coğrafiyası, mədəniyyəti haqqında şagirdlər məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi