Azərbaycan dili – milli varlığımızdır
Azərbaycan Respublikası Nazirlər kabinetinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”na əsasən məktəbimizdə “Azərbaycan dili – milli varlığımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə IV sinif şagirdləri iştirak etdilər. Müsabiqədə şagirdlər ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə fikirlərini inşa yazılarında qeyd etdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində doğma dilimizlə qürur duymaq, onu qorumaq və inkişaf etdirmək istiqamətində aparılan tərbiyəvi işləri gücləndirmək idi.