Yol hərəkəti qaydalarına əməl edək

Ölkəmizdə bütün sahələrdə olduğu kimi,  nəqliyyat sahəsi, eləcə də yol infrastrukturu daim inkişaf edir, yeni yollar çəkilir. Bu baxımdan yol hərəkəti təhlükəsizliyinin təmin olunması vacib amil kimi ön plana keçir. Təhlükəsiz həyat üçün düzgün davranış vərdişlərinin erkən yaşlardan formalaşdırılması, yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair təbliğat, təşviqat, maarifləndirmə işlərinin aparılması təhsil müəssisələrinin üzərinə düşür. Tədris prosesində aşağı siniflərdən IX sinfə qədər, hər sinifdə bu barədə dərslər keçirilir. Şagirdlərə yol mədəniyyəti haqqında müəyyən biliklər verilir, yol nişanları, yol hərəkəti qaydaları öyrədilir. Məktəblilərə piyada zolaqlarından işıqforun rənglərindən, yol nişanlarından necə istifadə olunması qaydaları izah edilir. Yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır,çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi