Dahi Şəxsiyyət Heydər Əliyev

29.11.2023-cü il tarixdə məktəb kitabxanasında Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yoluna həsr olunan tədbir təşkil edildi. Məktəbin VI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilən tədbirdə Ulu Öndərin bənzərsiz həyat və fəaliyyəti barəsində bir daha ətraflı məlumat verildi. Şagirdlər dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edən məruzələr səsləndirdilər, təkrarolunmaz lideri tərənnüm edən şeirlər ifa etdilər. Tədbirin sonunda şagirdlər ümummilli lider Heydər Əliyevin həyat yolunu əks etdirən kitablar və divar qəzeti ilə tanış oldular.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi