Yol hərəkəti təhlükəsizliyi

Təhsildə fərqlənən şagirdlərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb olunması məqsədilə məktəbimizin ibtidai sinif müəllimi Orucova Könül tədbir təşkil etdi. Tədbirdə yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün yaradılmış yol nişanlarının vacibliyi barədə ətraflı məlumat verildi. Yol hərəkəti qaydaları haqqında məlumatverici videoçarxlar göstərildi. Şagirdlər yol hərəkəti qaydalarına həsr olunmuş şeirlər, məlumatlar səsləndirdilər. Tədbirin sonunda yol hərəkəti təhlükəsizliyinə aid cizgi filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi