Yeniyetmələrin peşə meyillərinin müəyyən edilməsi işinin təşkili

Müasir dövrdə ümumi təhsil müəssisələrinin qarşısında duran, xüsusi diqqət ayrılmasını tələb edən sahələrdən biri peşəyönümü işinin düzgün təşkil olunması məsələsidir. Belə ki, texnoloqiyaların inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmasının inkişafı məktəbdə təhsil alan yeniyetmə və gənclərin peşəyönümü istiqamətində maarifləndirilməsini vacib edir. Hər bir fərdin öz maraq və qabiliyyətinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. 2023\2024-cü dərs ilinin noyabr ayı ərzində məktəbimizdə IX-XI sinif şagirdlərinin peşəyönümü istiqamətində maarifləndirilməsi üçün müxtəlif tədbirlər keçirilmişdir. Yeniyetmə şagirdlərimiz müxtəlif peşə sahələri ilə tanış edilmiş və onlara izah edilmişdir ki, şagirdlər özlərinə uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Orta məktəb şagirdlərinin yeniyetməlik dövründə vərdikləri qərarları daim dəyişmək meyli onlarin hansı peşəni seçəcəkləri ilə bağlı qərarlarına təsir edir. Peşə seçimi ilə bağlı verəcəkləri səhv qərarların onların həyatlarına necə təsir edəcəyi və probləm yaşanmaması üçün nələr etməli olduqları izah olundu və peşəyönümü xidmətinin məqsədləri videomateriallar və “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait əsasında ətraflı şərh olundu. Fənn müəllimlərindən E.İsmayılov, sinif rəhbərlərindən G.Abdurahmanova, T.Aslanova, H.Mehdiyeva şagirdləri peşə yönümü və seçimi ilə əlaqədar maraq və meyillərinə uygun müzakirəyə cəlb etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi