Məktəbimizdə “Kiçik akademiya” və “Heydər Əliyev” dərsləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 16 Yanvar 2023- cü il tarixli qərarı ilə təsdiq edilmiş  “ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq məktəbimizdə də bir sıra tədbirlər keçirilir.  28.11.2023-cü il tarixdə “Kiçik Akademiya” nın növbəti yığıncağı Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu.Yığıncaqda “Kiçik Akademiya” nın üzvləri bu dahi lider haqqında hazırladıqları məruzələri və tədqiqat işlərini təqdim etdilər. Onun fenomenal bir şəxsiyyət, ensiklopedik biliyə malik bir insan, görkəmli dövlət xadimi,mükəmməl bir siyasətçi və qayğıkeş ata olduğunu xüsusi qeyd etdilər. Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı nümayiş etdirilən videoçarxlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi