Sağlam həyat tərzi keçirmək

“Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işinin genişləndirilməsinə dair Tədbirlər Planı” nın icrasına müvafiq olaraq 27.11.2023- cü il tarixdə “Sağlam həyat tərzi, idman və yaradıcılığın təbliğatı” ilə bağlı seçmə yolla siniflərdə kütləvi aksiyalar keçirildi. Aksiyanın təşkilatçıları “Sağlam bədəndə sağlam ruh olar” devzini əsas tutaraq iştirakçılarla birgə maarifləndirici yönümdə tədbirlər təşkil etdilər. Tədbirlər çərçivəsində şagirdlərin diqqətinə çatdırıldı ki, sağlam həyat tərzi gümrah yaşamağı, xəstəliklərdən uzaq olmağı nəzərdə tutur. Bu baxımdan fiziki aktivliyin xüsusi önəmi olduğunu qeyd etdilər. Bu səbəbdən də idmanla bağlı tədbirlərin təşkilinin əhəmiyyəti vurğulanaraq hər kəsi erkən yaşlardan fəal həyat sürməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi