Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə, narkomanlığa qarşı mübarizə

23.11.2023-cü il tarixdə məktəbimizin IXa sinfində “Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə, narkomanlığa qarşı təbliğat aparılması”mövzusunda tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdləri cəmiyyətdə "ağ ölüm" kimi tanınan insan həyatında fəsadlar yaradan, bəşəriyyət üçün böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan narkomaniya haqqında məlumatlandırmaqdan ibarət idi. Sinif rəhbəri çıxış edərək bildirdi ki, narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə" milli proqramların qəbulu da, təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Müasir dövrümüzdə narkomaniya insanlığa bir bəladır. Təlim-Tərbiyə işləri üzrə direktor müavini Osmanova Məlahət çıxış edərək bildirdi ki, yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Tədbir iştirakçıları da mövzu ilə əlaqəli hazırladıqları məruzələrlə çıxış edərək narkomaniya ilə mübarizədə gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü, yeniyetmə və gənclərin bu sahədə maarifləndirilməsinin onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətini artıracağını vurğuladılar. Tədbirdə şagirdlərə narkomaniya və onun törətdiyi fəsadlar haqqında məlumatlandırıcı videoçarxlar da nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi