Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə qarşı mübarizə

23.11.2023-cü il tarixdə məktəbimizin  IXç  sinfində  “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə metodiki tövsiyələrin hazırlanması, onlardan istifadənin təşviqi” mövzusunda tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdləri bəşəriyyətin bəlası sayılan narkomaniya haqqında məlumatlandırmaq və onları zərərli vərdişlərdən uzaq durmaları üçün təşviq etməkdən ibarət idi. Sinif rəhbəri çıxış edərək bildirdi ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemlər sırasında qalmaqdadır. Ona görə də cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər. Tədbir iştirakçıları da mövzu ilə əlaqəli hazırladıqları məruzələrlə çıxış edərək narkomaniya ilə mübarizədə gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü, yeniyetmə və gənclərin bu sahədə maarifləndirilməsinin onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətini artıracağını vurğuladılar. Tədbirdə şagirdlərə narkomaniya və onun törətdiyi fəsadlar haqqında məlumatlandırıcı videoçarxlar da nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi