“ Təbiəti qoruyanlar”

22 noyabr 2023 – cü il tarixində 7 b sinif şagirdləri ilə “Təbiəti qoruyanlar” lahiyəsi çərçivəsində məktəb oranjeryasının yaradılması və dibçək güllərinin əkilməsi istiqamətində işlər görüldü. Məktəbin biologiya müəllimi Fidan Əliyeva ilə 7 b sinif şagirdləri məktəb həyətində dibçək gülləri əkdilər. Bu zaman müəllimin dibçək güllərinin əkilmə qaydasını əyani olaraq şagirdlərə göstərdi. Əkilmiş dibçək gülləri sinif otağına yerləşdirildi. Sonda şagirdlərə əkilən dibçək güllərinə qulluq edilməsi qaydaları öyrədildi.