“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminar

20.11.2023–cü il tarixdə məktəbimizin pedoqoji heyətinin, əsasən gənc müəllimlərin iştirakı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminar keçirildi. Seminarı çıxış sözü ilə məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Məlahət  Osmanova açdı. O,  Ulu öndər H.Əliyevin Azərbaycan dövlətciliyi tarixindəki görkəmli rolundan,  əvəzsiz xidmətlərindən bəhs etdi.  Heydər Əliyevin bir siyasi lider və tarixi şəxsiyyət kimi bənzərsiz, müqayisə edilməz fəaliyyəti, azərbaycançılıq ideologiyasının əsas prinsip və xüsusiyyətləri haqqında seminar iştirakcılarına ətraflı məlumat verdi. Seminar işgüzar şəraitdə keçdi. İştirakçılar Ulu Öndərin milli dövlətçilik və qanunçuluq,   milli – mənəvi dəyərlər, o cümlədən,  Azərbaycan dilinin, mədəniyyətinin inkişaf etdirilməsi,  dünya azərbaycanlılarının vahid ideya ətrafinda birləşdirilməsi istiqamətində fəaliyəti ilə bağlı bir çox məqamları vurğuladılar. Çıxış edənlər müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin azərbaycanlılara azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş etdiyini, ona görə də Azərbaycan dilini,  Azərbaycan tarixini,   Azərbaycan mədəniyyətini və milli - mənəvi dəyərlərimizi qorumağın vacib olduğunu xüsusi qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi