Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə 11-15 noyabr 2023 – cü il tarixdə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olundu. Bu səbəbdən 14.11.2023-cü il tarixdə məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimləri və 9-cu sinif şagirdlərinin iştirakı ilə Bakı Beynəlxalq Kitab sərgisinə ekskursiya təşkil olundu. Ekskursiyanın məqsədi şagirdlərdə kitab oxumağa, mütaliə etməyə maraq yaratmaq, kitabın insanın əqidəsinin formalaşmasında, həyata baxışında əvəzsiz rolu olduğunu aşılamaqdan ibarət idi. Şagirdlər sərgidə nümayiş etdirilən janrlarda və maraqlı kitablarla tanış oldular. Sərgi, kitabların mövzu rəngarəngliyi nəfis tərtibatı ekskursiya iştirakçılarında gözəl təəssürat oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi