8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət bayrağı Günü ilə əlaqədar olaraq inşa yazı müsabiqəsi

07.11.2023 – cü il tarixdə məktəbimizdə 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət bayrağı Günü ilə əlaqdədar olaraq inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin VII-VIII-IX sinif şagirdləri iştirak etdilər. Müsabiqə iştirakçıları onlara təqdim olunmuş “Zəfərin mübarək, Azərbaycan!”, “Azərbaycan bayrağı Qarabağda uca dalğalanır!”, “Üçrəngli bayrağımız Azərbaycanın bütün ərazilərində dalğalanır!” mövzularında inşa yazı yazdılar. Sonda daha dolğun, geniş məzmuna malik inşa yazılar fərqləndirildi.