Mən və mənim hüquqlarım

2023-cü ildə ölkəmizin qoşulduğu BMT - nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilib. Bu səbəbdən məktəbimizdə Uşaq Birliyi Rəhbəri və VIIb sinif şagirdlərinin iştirakı ilə “Mən və mənim hüquqlarım” adlı tədbir keçirildi. Tədbirdə UBR uşaq hüquqları haqqında şagirdlərə ətraflı məlumat verdi. Şagirdlər uşaq hüquqlarına dair fotostendlərlə tanış oldular və mövzu ilə əlaqəli hazırladıqları məruzələri təqdim etdilər.