Zəfər Azərbaycanındır

07.11.2023-cü tarixdə məktəbimizin kitabxanasında 8 Noyabr Zəfər Günü ilə əlaqədar “Zəfər Azərbaycanındır” adlı tədbir keçirildi. Tədbirdə kitabxanaçı II Qarabağ müharibəsində əldə olunan tarixi qələbə və Zəfər Gününün əhəmiyyəti haqqında şagirdlərə məlumat verdi. Tədbir iştirakçıları Zəfər Gününə həsr olunan divar qəzetləri və Şanlı qələbə tarixini əks etdirən kitablarla tanış oldular.