Maarifləndirici videoroliklərin nümayişi

Məlum olduğu kimi 26.09.2023 – cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə uşaq və gənclərin fövqəladə hallar zamanı (suda boğulma yanğın, dəm qazı təhlükəsi), davranış qaydalarına dair maarifləndirici tədbir keçirilmişdir. Cari tədris ilinin noyabr ayı üçün əlavə olunan əmrin icrası ilə bağlı “Fövqəladə hallar” aylığının keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq məktəbimizdə noyabr ayında uşaq və gənclərin fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici tədbirlərin keçirilməsinə başlanılmışdır. 06.11.2023 – cü il tarixdə məktəbimizdə ÇH fənnini tədris edən, hərbi rəhbər Elşən İsmayılov, MM Qərargah rəisi təlim – tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova ayrı – ayrı siniflərdə maarifləndirici izahat işləri aparmış və III, V, VIII, IX, X siniflərdə şagirdlərə videoroliklər nümayiş etdirilmişdir. Məktəbdə və məişətdə yanğın zaman davranış qaydaları, dəm qazından boğulma halı baş verərsə hansı qaydalara riayət edilməsi, digər təbii fəlakətlər zamanı şagirdlərin davranış qaydaları ətraflı şəkildə nümayiş və izah olunmuşdur. “Fövqəladə hallar” aylığında silsilə tədbirlərin keçirilməsi davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi