Uşaq hüquqlarının qorunması

Noyabr ayının ilk həftəsində 7c sinfində “Uşaq hüquqlarının qorunması” ilə bağlı tədbir keçirildi. Tədbirdə sinif rəhbəri Lamiyə Cabbarlı çıxış edərək şagirdlərə uşaq hüquqları barəsində məlumat verdi. O, çıxışında dünyadakı bütün uşaqların rifahını təmin etmək üçün onların hüquqlarının qorunması və sağlam ətraf-mühitin yaradılmasının vacibliyini vurğuladı. Şagirdlər də öz növbəsində mövzuyla bağlı videoçarx izlədilər və yoldaşları ilə birgə fikir mübadiləsi apardılar. Onlar həmçinin şəkillərdən ibarət slayd hazırlayıb təqdim etdilər. Şagirdlər öz hüquq və vəzifələri barədə geniş məlumatlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi