Fənn olimpiadasının məktəb turu

04.11.2023- cü il tarixində məktəbimizdə fənn olimpiadasının məktəb turu keçirildi. Fənn olimpiadasının məktəb turunun keçirilməsində məqsəd istedadlı şagirdlərin seçilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirəcəyi olimpiadaya hazırlığını təmin etməkdən ibarət idi. Fənn olimpiadasının məktəb turu 8 fənn üzrə - Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, kimya, biologiya, fizika və informatika fənlərindən keçirilməklə, əsasən,VIII, IX, X və XI sinif şagirdlərini əhatə edirdi. Qeyd olunan fənlər üzrə məktəbimizin VIII, IX, X və XI sinif şagirdlərindən 70 nəfər öz bilik və bacarıqların yoxladı. Məktəb turu BŞTİ tərəfindən göndərilmiş materiallar əsasında müəyyən edilmiş vaxt ərzində obyektiv və şəffaf şəkildə keçirildi.