Mən və mənim əhatəm
“Uşaq hüquqları aylığı” nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətini dahada artırılması və uşaq hüquqlarının qorunması işinin təkmilləşdirilməsindən ibarətdir. Bu məqsədlə məktəbimizdə “Tədbirlər planı” na uyğun olaraq müxtəlif işlər həyata keçirilir.
03.11.2023–cü il tarixində uşaq birliyi rəhbəri Aysel Əlişova və 4a sinfinin sinif rəhbəri Tünzalə Şükürovanın birgə təşkil etdikləri tədbir də uşaq hüquqlarının müdafiəsinə həsr olundu. Tədbirin təşkilatçıları çıxış edərək şagirdlərə uşaqların hüquqları, müdafiəsi barəsində maarifləndirici məlumatlar çatdırdılar. Şagirdlər çıxış edərək öz hüquq və vəzifələrini dilə gətirib, həmçinin hazırladıqları maraqlı və cəlbedici təqdimatlar nümayiş etdirdilər.