Şuşaya qayıdış

03.11.2023 – cü il tarixində Şuşa şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümü münasibəti ilə VIIb sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı . Qeyd edildi ki Prezidentimiz cənab İlham Əliyevin Müzəffər Ordumuzun və Azərbaycan xalqının Dəmir Yumruqtək birləşməsi sayəsində düşməni doğma torpağlarımızdan qova bildik. 30 illik yurd həsrətinə son qoyuldu. Tədbir iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması və orada aparılan abadlıq, quruculuq işləri barədə hazırladıqları geniş məruzələrlə çıxış etdilər, Tədbirdə həmçinin 44 günlük müharibəni şanlı Zəfər tariximizi əks etdirən vidioçarxlar da nümayiş etdirildi.Şagirdlərin ifasında Şuşa haqqında şeir və mahnilar səsləndirildi.