Nümunəvi dərs

30.10.2023-cü il tarixində “Azərbaycan dili aylığı” çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Məxrub Əskərova “İsim – ad bildirən sözlər” mövzusunda nümunəvi dərs hazırladı. Dərsdə məktəbimizin Azərbaycan dili və ədəbiyyat, İngilis dili və ibtidai sinif müəllimləri iştirak etdilər. Dərsin əvvəlində II Qarabağ müharibəsində öz canlarını qurban verərək bizə zəfəri yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər mövzu üzrə əvvəlki biliklərini təkrar etdilər,elektron lövhədə tapşırıqlar yerinə yetirdilər. Beyin həmləsi üsulu ilə yeni mövzunun öyrədilməsi təşkil olundu. Yeni mövzunun tətbiqi oyun üsulunda aparıldı. Fərdi iş əsasında şagirdlərin mövzunu mənimsəmə bacarıqları qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi