Reproduktiv sağlamlıq –“Mən və mənim əhatəm”

31.10.2023-cü il və 01.11.2023-cü il tarixlərində məktəbimizin VIII siniflərinin sinif valideyn iclasları keçirildi. Valideyn iclaslarında sinif rəhbərləri tərəfindən şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsait” haqqında məlumat verildi. Məşğələlərin keçirilməsi haqqında BŞTİ tərəfindən göndərilmiş təlimata uyğun I məşğələ “Mən və mənim əhatəm” mövzusuna həsr olundu. Sözügedən məşğələlərin VIII siniflərdən başlayaraq ildə 5 sinif saatı hesabına tədris edilməsinin tövsiyə olunduğu valieynlərin nəzərinə çatdırıldı. Sinif rəhbərləri H.Mehdiyeva, O.Paşayeva, S.Fəhradov və N.Mərdanov çıxış edərək məşğələnin planına uyğun uşaqların təhlükəsiz şəraitdə sağlam böyüməsi, cinsi yetişkənlik dövründə uşaqların əhatəsi və onun təsirləri barəsində danışdılar.Dünya pedoqoji praktikasında şagirdlərə reproduktiv sağlamlıq barədə vaxtında zəruri məlumat vermək təcrübəsinin geniş yayıldığını nəzərə alaraq ,bizim ölkəmizdə və cəmiyyətimizdə də bu məsələnin diqqətdə saxlanılmasının vacib olması həm valideynlərin, həm də müəllimlərin ürəyincə oldu.