Qəhrəmanlar unudulmur

28.10.2023-cü il tarixdə məktəbimizin kitabxanasında Vətənpərvərlik layihəsi çərçivəsində “Qəhrəmanlar unudulmur” adlı mövzuya həsr olunmuş dəyirmi masa təşkil olundu. Dəyirmi masada kitabxana müdiri, kitabxanaçı, UBR və şagirdlər iştirak etdilər. Tədbirdə xalqımızın şücaət dolu tarixi bir daha vərəqləndı. Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparan vətən övladlarının göstərdikləri şücaət barəsində əvvəlcə məktəbin kitabxanaçısı Ş.Rəsulova ətraflı məlumat verdi. Adları tarixə qızıl hərflərlə həkk olunmuş qəhrəmanlarımız şagirdlərin ifasında səslənən şeirlərdə bir daha vəsf olundu. Çıxışlarda vurğulandı ki, bütöv Azərbaycan uğrunda canından keçən oğul və qızlarımıza borclu olduğumuzu, onların adlarını hər zaman ehtiramla xatırlayacağımızı unutmamalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi