VI, IX siniflərdə monitorinq keçirildi

30.10.2023-cü il tarixdə məktəbimizdə BŞTİ-si tərəfindən göndərilmiş materiallara əsasən 6-cı və 9-cu siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinqdə şagirdlərə 3 fənn üzrə ümumilikdə 85 sual, eyni zamanda ingilis dili fənnindən dinləmə mətni təqdim olundu. Monitorinq təlimata uyğun, şəffaf şəkildə keçirildi. Şagirdlər onlara ayrılan 150 dəqiqə vaxt ərzində sualları cavablandırdılar.