Qubadlı şəhəri günü
25.10.2023–cü il tarixində məktəbin IX c sinfində Qubadlı şəhərinin işğaldan azad olunması ilə bağlı tədbir keçirildi. Tədbir zamanı zəfər tariximizdən, azad olunmuş torpaqlardan, onların tarixi abidələri, təbiəti, coğrafi mövqeyi haqqında məlumat verildi. Vətənpərvərlik qələbə mövzusunda geniş müzakirə aparıldı. “ Qalib bir xalq, qələbə qazanan bir dövlət kimi azad olunmuş torpaqlarımızı, II Qarabağ müharibəsi haqqında faktları, tarixləri bilmək hər birimizin borcudur” fikri dəfələrlə vurğulandı. Şəhər işğaldan azad olunduqdan sonra orada aparılan bərpa və yenidəqurma işləri haqqında ətraflı məlumat verildi, videogörüntülər təqdim olundu.