Seçim mərhələsi
2023-2024-cü tədris ilinin başlanması haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 sentyabr 2023-cü il tarixli 3-29 / 3-2-548 F/2023 nömrəli əmrinin iclasından irəli gələn tələblərə müvafiq olaraq məktəbimizdə 20.10.2023- cü ildə istedadlı şagirdlərlə aparılan işlərin gücləndirilməsi istiqamətində V, VI, VII, sinif şagirdləri arasında “Məntiq olimpiadası” keçirildi. Məqsəd məktəbdə təhsil alan riyazi bilik və bacarıqları, məntiqi təfəkkürü yüksək inkişaf edən şagirdlərin indidən müəyyənləşdirilməsi və gələcəkdə Lütfi Zadə adına məntiq olimpiadasında, fənn müsabiqələrində iştirakının təmin edilməsi idi. Bu müsabiqəyə 40 nəfər şagird cəlb olunmuşdur. Şagirdlər 25 sualı cavablandırmalı idilər. Verilən vaxt ərzində test tapşırıqlarını düzgün və ən çox yerinə yetirən şagirdlər ilə əlavə məşğələlərin keçirilməsi planlaşdırılır.