“15 sentyabr-Bilik Günü”

Azərbaycan xalqının təntənəli şəkildə qeyd etdiyi 15 sentyabr-Bilik Günü digər məktəblərdə olduğu kimi bizim məktəbimizdə də böyük coşqu ilə qeyd edildi. Məktəbə ilk dəfə qədəm qoyan birincilər müəllimlərinin köməyi ilə sıraya düzüldülər. Dövlət Himni səsləndikdən sonra vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azər  Həsənov bütün iştirakçıları, xüsusən də məktəbə ilk dəfə qədəm qoyan birinciləri ürəkdən təbrik etdi. Sonda “ Bilik Günü”nə və vətənimizin tərənnümünə həsr edilən şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi