Məktəbli geyim formaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarının icrasının təmin edilməsi və vahid məktəbli geyiminin seçilməsi ilə əlaqədar Bakı şəhəri Xəzər rayonu 92 nömrəli tam orta məktəbin Pedaqoji Şurasında müzakirə aparılmışdır. Qərara alınmışdır ki, 2023/2024-cü tədris ilində 3 nömrəli əlavədə göstərilən məktəbli formaları seçilsin. Məlumat üçün bildiririk ki, qeyd olunan forma 3 tədris ili üçün dəyişməz qalacaqdır. Forma seçimi valideyn-şagird-müəllim rəyləri əsasında aparılmışdır.