15 İyun- Milli Qurtuluş Günü

13.06.2023-cü il tarixində məktəbimizdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. İştirakçılar ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna rolu barəsində ətraflı məlumat verdilər. Çıxışlarda qeyd edildi ki, Heydər Əliyev öz müdrik siyasəti, tarixi,  uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə nail olmuşdur. Tədbirdə bu əlamətdar günlə əlaqədar hazırlanmış videoçarxlar nümayiş olundu. Şagirdlər ulu öndərə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi