Böyük summativ qiymətləndirmə
06 iyun 2023-cü il tarixindən məktəbimizdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələri” ilə bağlı 15.09.2021- ci il tarixli 03-08-681/13 nömrəli təlimatı məktubun əsasında 2022-2023 cü tədris ilinin II yarımilində böyük summativ qiymətləndirmələrin keçirilməsinə başlanıldı. Təlimatı məktuba əsasən BSQ 2 -nin keçirilməsi üçün məktəbdaxili əmr verilmiş, işçi cədvəl hazırlanmış təsdiq edilərək müəllim, şagird və valideynlərin nəzərinə çatdırılmışdır. Böyük summativ qiymətləndirmə vəzifələri fənn metodbirləşmələri tərəfindən hazırlanaraq məktəb rəhbərliyi tərəfindən təsdiq edilmişdir. BSQ 2 məktəb rəhbərliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. BSQ 2 nin, müvafiq təlimata uyğun obyektiv aparılmasını, yoxlanılmasını təmin etmək məqsədilə qiymətləndirmə komissiyası yaradılmışdır. BSQ 2 nin keçirilməsi zamanı yarana biləcək mübahisəli məsələlərin həlli üçün apellyasiya komisiyyası da yaradılmışdır. Şagirdlərin məktəbdaxili qiymətləndirmələrdə maksimum dərəcədə iştirak etməsi üçün onların dərslərə davamiyyəti müntəzəm nəzarətdə saxlanılır. Böyük summativ qiymətləndirmə davam edir.