Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş «Ulu öndəri düşünərkən «adlı rəsm müsabiqəsi

Ulu Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinə yekun vurulub. “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqə 2 mərhələdə keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib elan edilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş etdirilib. Bayramsayağı bəzədilmiş “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi təşkil edilib. Məktəbimizi təmsil edən vı ç sinif şagirdi Alıyeva Nuray müsabiqəni uğurla başa çatdırıb.