Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı
IX ç sinfinin sinif rəhbəri 01.06.2023 cü il tarixində sinfində keçirdiyi sinif saatının mövzusunu ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafına həsr etdi. Sinif rəhbəri mövzu haqqında çıxış edərək bildirdi ki, hər bir azərbaycanlı ailəsinin özünəməxsus ənənəsi olmasına baxmayaraq bütün ailələrin ən vacib ortaq xüsusiyyəti ailədə hörmətin, dürüstlüyün, əxlaqi dəyərlərin möhkəmləndirilib inkişaf etdirilməsidir. Sinif rəhbərinin çıxışından sonra şagirdlər müxtəlif ailə ənənələri haqqında fikirlərini bölüşdülər.